Muəllif:

İribuynuzlu heyvanlar arasında naməlum xəstəlik yayılmaqdadır

Sabirabadda iribuynuzlu heyvanlar arasında naməlum xəstəlik yayılıb. Onun digər rayonlara sirayət etməsi istisna deyildir. Etimologiyası müəyyən olunmayan xəstəlik heyvanlarda temperatur yaratmaqla onları hərəkətsiz edir. İribuynuzlu heyvanlarda bu, qızdırma ilə müşayiət olunur. Bəzi kəndlərdə artıq heyvanlar arasında tələfat var. Sabirabad rayon baytarlıq xidmətinin rəisi Fikrət Rəsulovun mətbuata bildirdiyinə görə, kütləvi şəkildə xəstəliyə tutulan heyvanların orqanizmində temperatur qalxır, intoksikasiya yaranır, heyvanlar hərəkətsiz olur, yemdən kəsilir və ağzından su axır. Heyvanların qanından laborator nümunələr götürülərək analiz üçün Respublika Baytarlıq Xidmətinin laboratoriyasına göndərilib. Etimologiyası məlum olmasa da, xəstəlik müalicəyə tabe olur. Qızdırma və virus əleyhinə preparatların, antibiotiklərin, vitaminlərin tətbiqi müsbət effekt verir.

Son olaraq, xəstəliyin Salyan, Saatlı, Neftçala, Cəlilabad, İmişli və sair rayonlarda yayıldığı bildirilir. Kənd sakinlərinin ehtimalına görə, xəstəlik su vasitəsi ilə yayıla bilər. Bu xəstəlik bir müddət əvvəl yağan yağışlardan sonra sürətlə yayılmağa başlayıb. Hazırda Sabirabad rayonun Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində işləsə də, bütün heyvanların müalicəsini həyata keçirmək üçün baytar heyəti çatışmır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 686