Muəllif:

İri nominallı pulların dövriyyəyə buraxılması istisna deyil

İri nominallı pulların dövriyyəyə buraxılması istisna olunmur.
Mərkəzi Bankın sədri Elman Rüstəmov gələcəkdə pul nişanlarının dizaynının dəyişdirilməsini də istisna etmir, lakin hazırda bu məsələ konkret gündəmdə deyil.

E.Rüstəmov bu yaxınlarda manatların yeni dizaynının şəkillərinin internetdə yayılmasına münasibət bildirib: “Bunlar şayiədir və reallığı əks etdirmir. Dünyanın aparıcı ölkələrində 8-10 ildən bir valyutaların dizaynı dəyişdirilir və bu normal prosesdir. Azərbaycan Mərkəzi Bankı bu məsələyə hökumətlə və Pul islahatları komissiyası ilə birlikdə baxır və yeni qərar olsa, birgə qərar olacaq”.

E.Rüstəmov qeyd edib ki, Azərbaycanda sikkələrin dövriyyədən çıxarılması, o cümlədən kiçik nominallı sikkələrin dövriyyədən çıxarılması gözlənilmir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 146