Muəllif:

İrəvanda silahlılar RF səfirliyinin mühafizəçiləri ilə atışdılar

Bir neçə silahlı erməni gənci Rusiyanın Ermənistandakı səfirliyinin ərazisinə daxil olmağa çalışıb. Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinə istinadən «Novosti Qruziya” agentliyi məlumat yayıb.

Cinayətkarlar səfirliyi mühafizə edən əməkdaşlarla atışmadan sonra gizləniblər. Axtarışlar nəticəsində hadisədə iştiraka görə şübhəli bilinən Məlik Daveyan, Karen Artunyanın və Rusiya səfirliyi yaxınlığında yerləşən İrəvan meriyası (şəhrdari, bələdiyyə) qarşısında çox günlər keçirilən etiraz aksiyalarında iştirak edən Qor Arakelyan saxlanılıb. Hər üç nəfər izahat verməkdən imtina edib. Araşdırmaların davam etdiyi bildirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 161