Muəllif: Zəminə Rüstəmova
İrəvan Xanlığı haqda 7 hissəli bədii serial çəkiləcək
Azərbaycan televiziyasının “Sabah” Yaradıcılıq Birliyində bu mövzuda çoxseriyalı bədii filmin çəkilişlərinə başlanır.
Birliyin rəhbəri, rejissor Ramiz Həsənoğlunun AYNAya verdiyi məlumata əsasən, 7 hissədən ibarət olacaq serial İrəvan Xanlığı ilə bağlı olacaq.
“Hazırda ədəbi ssenari üzərində iş gedir. Ona görə də filmdə hansı aktyorların çəkilməsi haqda danışmaq tezdir. Serialın nə vaxt istehsalata buraxılması isə yaxın aylarda bilinəcək”.
Azərbaycanlıların Güney Qafqazda yarımmüstəqil dövlətlərindən biri olan və 1828-ci ildə Rusiyaya ilhaq edilmiş İrəvan Xanlığı olduqca həssas mövzudur. Görək bu mövzunun bədii kino həlli necə olacaq?
Bölüm: Mədəniyyət
Oxunma sayı: 255