İrəvan: Prezidentliyə namizədə güllə sıxdılar
Dünən gecə sui-qəsdə məruz qalan Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyanın sözlərinə görə, o, maşından düşdükdən sonra ona atəş açılıb. Ayrikyan insidentin detalları barədə ölkə parlamentinin vitse-spikeri Eduard Şarmazanova danışıb. Trend-in məlumatına görə, bu barədə «Novosti-Armeniya» agentliyi xəbər yayıb.
«Ona (Ayrikyana) bir nəfər yaxınlaşıb və 25-30 santimetrlik məsafədən iki atəş açıb», — Şarmazanov «Armnyus» teleşirkətinə bildirib.
Onun sözlərinə görə, Ayrikyan kənara əyilib və yardım çağırıb.
Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyana qarşı cümə axşamı sui-qəsd İrəvanın mərkəzində, onun valideynlərinin evinin yerləşdiyi Tpaqriçneri küçəsində baş verib. Həkimlər zərərçəkənin vəziyyətini orta ağır kimi qiymətləndirilər. Çox güman ki, artıq səhər güllə onun bədənindən çıxarılıb.
Ayrikyan Ermənistan prezidentliyinə dördüncü dəfədir namizədliyini irəli sürür. Buna qədər o, 1991-ci, 1998-ci, 2003-cü illərdə seçkilərdə iştirak edib.
Ermənistan Konstitusiyasına əsasən, hər hansı prezidentliyə namizədin seçkilərdə iştirakına maneələr yarandığında, seçkilər iki həftə müddətində təxirə salınır. Prezident seçkiləri fevralın 18-nə planlaşdırılıb.
Ermənistanda dünən gecə sui-qəsdə məruz qalmış prezidentliyə namizəd Payuyr Ayrikyan «Qriqor Lusavoriç» Tibb Mərkəzində uğurla əməliyyat olunub. Trend-in məlumatına görə, bu barədə «1in.am» yazır.
Əməliyyatdan çıxdıqdan sonra həkimlər siyasi xadimin doğmalarına əməliyyatın uğurla keçdiyini, Ayrikyanın vəziyyətinin sabit olduğunu bildiriblər.
Ayrikyan sovet vaxtı dissident olaraq həbsdə yatıb. Qərbyönlü suiyasətçi kimi tanınır. Qarabağ məsələsində ənənəvi erməni mövqteyindən çıxış edir.