Muəllif:

İrəvan Gömrük İttifaqına üzv olmağın bütün risklərini hələlik hesablamayıb

Ermənistan nə Gömrük İttifaqına üzv olmağın, nə də Avropa Birliyi ilə azad ticarət haqqında sazişə qoşulmağın bütün risklərini hələlik hesablamayıb. RİA Novosti-yə istinadən, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaqram Avanesyan Vilnüsdə “Şərq Tərəfdaşlığı”nın biznes-forumunda çıxışı zamanı bəyan edib.

Qeyd edək ki, Ermənistan XİN bir müddət əvvəl yaydığı bəyanatda qeyd olunub ki, İrəvan 2014-cü ilin fevralınadək Gömrük İttifaqına qoşulmaq barədə sazişi imzalamağa tam hazır olacaq.

“Hətta bir ixrac bazarının itirilməsi Ermənistanda çox ciddi fəsadlara səbəb olacaq. Biz deyə bilmərik ki, Gömrük İttifaqına üzv olmağın bütün risklərini hesablamışıq. Bu həmçinin Avropa Birliyi ilə azad ticarət haqqında sazişə də aiddir. Zənnimcə, bu çox mürəkkəb hesablamalardır. Bizim üçün çox yaxşı olardı ki, həm Rusiya, həm AB, həm də başqaları ilə sərhədlərimiz açıq qalsın”, deyə nazir bildirib.

Qeyd edək ki, Avropa Birliyinin rəsmi şəxsləri bir müddət əvvəl yaydıqları bəyanatlarında bir ölkənin eyni zamanda Gömrük İttifaqına və Avropa Birliyi ilə azad ticarət zonasına üzv olmasının mümkünsüz olduğunu qeyd ediblər. Onlar bunu eyni zamanda müxtəlif gömrük rüsumlarının olmasının mümkünsüzlüyü ilə izah ediblər

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 142