Muəllif: Redaksiya
İrəvan Fərəcovu İnciqulyana dəyişməyə hazırdır
PA. Ermənistan Müdafiə Nazirliyi azərbaycanlı əsir Firuz Fərəcovu Azərbaycan ərazisinə keçmiş erməni hərbçi Akop İnciqulyanla dəyişmək üçün müzakirələr hazır olduğunu bildirib.Ermənistan MN mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan əsirlərin dəyişdirilmə ehtimalını dəyərləndirərkən azərbaycanlı hərbi əsirin qayıtmaq istədiyini də vurğulayıb. Qeyd edək ki, Firuz Fərəcov ötən ilin iyulunda əsir götürülüb. Bundan əvvəl erməni mətbuatı onun üçüncü ölkəgə getmək istədiyi barədə məlumat yayıb. Dünən isə erməni mətbuatı əvvəl yazdıqlarını təkzib edərək Firuz Fərəcovun Azərbaycana qayıtmaq istədiyini yazıb…
Bölüm: Xəbərlər
Oxunma sayı: 126

