İraq Türkmən Məclisi bu gün 2 illik aradan sonra toplanır
Iraq Türkmən Məclisi, Başqan və üzvləri, Türkmən millət vəkilləri, siyasi partiya təmsilçiləri, qeyri-hökumət təşkilatları və Türkmən şəxsiyyətlərinin bir araya gəlməsi ilə iki il aradan sonra toplanacaq.
13 aprel 2013-cü il tarixdə yer alan bu toplantıda Türkmən Məclisi yeniden formalaşdırılacaq. Türkmən xəbər qaynaqlarına görə, Vəfa Hərəkatı və Iraq Türkmən İslam Birliyinin də Məclisə qatılması barədə raşılaşmaya varılmışdır.
İraqda 2 milyondan 3 milyona qədər Türkmən yaşayır, onlar Güney Azərbaycan və
Anadolunun Urfa ağzı ilə danışırlar, lakin tədris və rəsmi yazışmalarda Anadolu
Türkcəsindən istifadə edirlər. Onların arasında sünni və şiə məzhəb anlaşmazlığı səbəbindən birlik təmin edilmədi və bu vəziyyətdən kürd toplumu yararlandı. Bunun
nəticəsidir ki, Türkmənlər parlamentdə və hökumətdə hələ də qədərincə təmsil oluna bilmirlər.