Muəllif:

İraq Türkmən Cəbhəsi liderlərinin qətli ilə bağlı İstanbulda etiraz aksiyası keçirilib

İraq Türkmən Cəbhəsi liderlərinin qətli ilə əlaqədar bu gün İstanbulda etiraz aksiyası keçirilib.Türkiyədə fəaliyyət göstərən İraq Türkmən Dərnəkləri Federasiyasının təşkil etdiyi aksiyanın iştirakçıları “Şəhidlər ölməz, Kərkük bölünməz!”, “Türkmənə uzanan əllər qırılsın!”, “Kərkük Türkdür, Türk qalacaq!” və s. şüarlar səsləndiriblər.

Daha sonra İraqın İstanbul Bas Konsulluğunun qarşısına qara çələng qoyan aksiya iştirakçıları bas nazir Nuri əl-Malikini İraq türkmənlərinin haqlarını qorumağa çağırıblar. Aksiya iştirakçıları Türkiyə XİN-dən Türkmən Elində fəal siyasət yürütməyi tələb ediblər.

İraq Türkmən Cəbhəsinin lideri Yavuz Əfəndioğlu iyunun 23-də Mosul türkmən şəhərində, sədrinin onun müavini Əli Şəşim Muxtaroğlu isə iyunun 25-də Tuzhurmatı türkmən səhərində terrorçular tərəfindən xaincəsinə qətl edilmişlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 414