Muəllif: Redaksiya
İranlı keçmiş bələdiyyə sədri Obamanı təhdid etdi: «Qızına təcavüz edəcəyik»
“ABŞ Suriyaya hücum edəcəyi təqdirdə prezident Barak Obamanın qızlarından birini qaçırıb təcavüz edəcək və dünyada Amerika vətəndaşlarına qarşı hücumlar təşkil edəcəklər”. Dünya mediasında yayılan məlumata görə, bu barədə iranlı analitik və ölkənin cənubundakı Kiş vilayətinin keçmiş bələdiyyə sədri Əlirza Forqani bildirib. “The daily caller” saytına istinadən, Forqani Obamanın bu xəbərdarlıqdan nəticə çıxarmalı olduğunu söyləyib: “Suriyaya hücum etdikdən sonra sadəcə 21 saat ərzində hər amerikalı nazirin, Amerikanın dünyadakı səfirlərinin, hərbi komandirlərin ailəsinin bir üzvü qaçırılacaq və 18 saat sonra onların amputasiya (amputation) edilmiş videoları dünyaya yayılacaq”.
Bölüm: Dünya
Oxunma sayı: 146