Muəllif:

İranlı diplomatdan ilginc açıqlama: “Qarabağ müharibəsində erməniləri himayə edirdik”

Son günlər Bakı mediasında belə bir nyüans dövriyyəyə buraxılmışdı ki, guya Qarabağ müharibəsi zamanı iranlı döyüşçülər Azərbaycanin tərəfdə vuruşublar. Hətta onlardan ölənlər və yaralananlar olub… Nəsə bizi çox heyrətə salan «yenilik» idi. İndi isə, əksinə, İranın son Qarabağ müharibəsi zamanı Qarabağda döyüşən erməni silahlı qruplaşmalarına yardım etdiyi mötəbər sayılacaq bir qaynaqdan üzə çıxır. Bu barədə İranın “İrdiplomacy” saytı yazır və son günlərin bu təbliğat uğurunun üstündən xətt çəkir.

Məqalədə adı çəkilməyən İran diplomatı Azərbaycanın o vaxt Qarabağı geri almaq istədiyini, bunun üçün müharibə apardığını, lakin məqsədinə nail ola bilmədiyini xatırladır və deyir: «O savaşda İran Qarabağdakı erməni silahlılarını himayə etdi. Bu isə Bakı ilə Tehran arasında ixtilafa səbəb oldu”.

Doğru sözə nə deyəsən?.. Maskanı yırtan iranlı diplomata bir «sağ ol» düşür.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 183