Muəllif:

İranlı “ağ ölüm” daşıyıcıları paylarını aldılar

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik vasitə gətirməkdə ittiham olunan Şəmsəli Dustar və Davud Nurinin cinayət işi üzrə məhkəmə başa çatıb. Ittihama görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İran vətəndaşları — 34 yaşlı Şəmsəli Dustar və 32 yaşlı Davud Nuri ötən ilin aprelin 9-da dövlət sərhədini pozaraq külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkəmizin ərazisinə gətirdikləri müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində hər iki şəxs yaxalanıb, onlardan 10 kiloqram həşiş və soyuq silah olan 1 ədəd xəncər götürülüb.
Müəyyən edilib ki, Şəmsəli Dustar və Davud Nuri narkotik vasitəni Biləsuvar rayonu ərazisində cinayətin təşkilatçısı olan və adı istintaqa məlum olmayan İran vətəndaşının göndərəcəyi adamlara təhvil verəcəklərini və bunun müqabilində onlardan 10 min ABŞ dolları alacaqlarını etiraf ediblər.
Hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən prosesdə Şəmsəli Dustar 12 il, Davud Nuri 11 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 159