Muəllif:

İranın Beyrut səfirliyi hədəfə alındı: ölənlərin sayı 32-yə yüksəldi

Livanın paytaxtı Beyrutda meydana gələn partlayışda ölənlərin sayı 32-yə yüksəldi. Hadisə Beyrutun güneyində Dahiyə bölgəsində İran səfirliyinin yaxınlığında baş verib, deyə Anadolu agentliyinin
xəbərində deyilir. Ətraf binalar və avtomobillər ziyan görüb. Minalanmış avtomobilin
partladılması nəticəsində həlak olanların arasında İran vətəndaşları da var 146-dan çox adam yaralanıb. Həlak olan İran vətəndaşlarından biri Tehranın Beyrut səfirliyinin mədəniyyət üzrə müşaviri İbrahim Ənsaridir.
Bildirilir ki, Livanın Baş naziri Nəcib Əzmi Mikati artıq partlayışla bağlı İranın Beyrutdakı səfiri Qəzənfər Roknəbadi ilə müzakirə aparıb.

Dahiyə Beyrutun «Hizbullah» qruplaşmasının nəzarəti altında olan rayonlarından biridir.
Səfirliyin bəyanatında deyilir ki, İranın Livan səfiri və səfirliyin əməkdaşları təhlükəsiz yerdədirlər. Livan KİV-in məlumatına görə, hücumu iki intiharçı-terrorçu təşkil edib.
İran xəbər qaynaqları təsdiq ediblər ki, parlayış zamanı yaralananlar arasında İranın Beyrutdakı səfirliyinin əməkdaşları da var.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 155