İranın yeni prezidenti işə başladı
İranın yeni prezidenti Həsən Ruhani andiçmə törənindən sonra yeni Kabinetin üzvlərinin siyahısını açıqlayıb.
90 dəqiqə davam edib və 60 ölkədən prezidentlər, baş nazirlər, vitse-prezidentlər və parlament sədrləri, İran Konstitusiyasına Nəzarət Şurasının üzvləri, nazirlər, millət vəkilləri, məhkəmə rəsmiləri, dövlət rəsmiləri, yüksək rütbəli hərbçilər, tanınmış ictimai-siyasi şəxslər, din adamları və s. iştirak ediblər. Azərbaycan dövlətini burada ə Milli Məclisin sədri Oqtay Əsədov təmsil edib. Dövlət və digər telekanallar vasitəsilə canlı yayımlanan inauqurasiyada 400-ə yaxın yerli və xarici jurnalist izləyib. Tədbirdə İranın dövlət himni səsləndirilib və “Quran” oxunması ilə davam etdirilib. Bundan sonra İran parlamentinin sədri Əli Laricani, İran Məhkəmə Sisteminin rəhbəri, ayətullah Sadiq Amoli Laricani çıxış ediblər. Daha sonra İran Konstitusiyasının 121-ci maddəsinə əsasən, H. Ruhaninin andiçmə mərasimi başlayıb. Bundan sonra İran prezidenti and içib.
Həsən Ruhani andiçmə mətnini imzalayandan sonra çıxış edib. Sonda H. Ruhani İranın Nazirlər Kabinetində təmsil olunacaq şəxslərin adları olan siyahını parlamentin sədri Əli Laricaniyə təqdim edib. Bunlar Məhəmməd Cavad Zərif (xarici işlər naziri), Hüseyn Dehqan (müdafiə naziri), Seyid Mahmud Ələvi (informasiya, təhlükəsizlik və kəşfiyyat naziri), Əbdürrza Rəhmani Fədli (daxili işlər naziri), Mustafa Purməhəmmədi (ədliyyə naziri), Bijən Namdar Zəngənə (neft naziri), Mahmud Vaezi (rabitə və informasiya texnologiyaları naziri), Əli Cənnəti (islam irşad və mədəniyyət naziri), Cəfər Milli Münfərid (elm tədqiqat və texnologiya naziri), Əli Teyyubniya (maliyyə və iqtisadiyyat naziri), Mahmud Höccəti (kənd təsərrüfatı naziri), Abbas Əhməd Axundi ) yollar və şəhərsalma naziri), Seyid Həsən Qazızadə Haşimi (səhiyyə və tibbi təhsil naziri), Məsud Sultanifər (gənclər və idman naziri), Əli Rəbii (kooperativlər, əmək və əhalinin sosial müdafiəsi naziri), Həmid Çitçian (energetika naziri), Məhəmməd Əli Nəcəfi (təhsil, təlim və tərbiyə naziri) və Məhəmmədrza Nemətzadədir (sənaye, mədənlər və ticarət naziri).
Qeyd edək ki, avqustun 3-də H.Ruhani İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi tərəfindən Musəvi Xomeyni Hüseyniyyəsində rəsmi səviyyədə qəbul edilib. Ali dini liderin H. Ruhaninin prezidentliyini təsdiqlədiyinə dair mətn oxunub və ona ayətullah Xamneyi tərəfindən 4 illik müddətinə prezident vəzifəsinə başlaması üçün etibarnamə təqdim edilib.