İrandan bu qədər uyuşdurucunu necə keçiriblər?
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotikin satılmasının qarşısını alınıb. Bu, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi Bakıda xüsusi əməliyyatı ilə mzmkzn olub. İrandan ölkəmizə qaçaqmalçılıq yolu ilə gətirilən narkotik maddələrin Bakıda satılacağı barədə Baş İdarəyə əməliyyat məlumatı daxil olub. Əməliyyat-axtarış tədbirləri ilə Şirvan rayon sakini, 45 yaşlı Zəfər Əliyev 1 kiloqramdan çox heroin və 3 kiloqram 100 qram tiryəki 44 min manata satmaq istəyərkən Xətai rayonu ərazisində polis əməkdaşları tərəfindən tutulub. Saxlanılan şəxs bildirib ki, narkotik maddəni ona İran vətəndaşı Vəhid adlı şəxs satmaq üçün göndərib.
Saxlanılan şəxs istintaqa ifadəsində bildirib ki, narkotik maddələri satdıqdan sonra Biləsuvar rayonu ərazisindən İrana keçməli və pulu sahibinə çatdırmalı imiş.
Maraqlıdır, İrandan bu qədər uyuşdurucunu sərhəddən necə keçiriblər? Bu barədə hələ bir şey deyilmir.