Muəllif: Redaksiya
İrandan 12 kq marixuana gətirirdi
Ölkə ərazisinə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb. DSX mətbuat mərkəzi bildirir ki, X-nin və Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində dekabrın 20-də Cəlilabad rayonunun Dələli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Yevlax rayon sakini, 1978-ci il doğumlu Məmmədov Hacı Vaqif oğlu ümumi çəkisi 11,7 kiloqram olan marixuana ilə saxlanılıb. Onunla birlikdə olan və “VAZ-21015” markalı 15-BM-895 dövlət nömrə nişanlı avtomaşınla hadisə yerindən qaçan Cəlilabad rayonunun Uzuntəpə kənd sakini, 1979-cu il doğumlu Nağıyev Ramin Hüseynağa oğlu aparılmış axtarış tədbirləri nəticəsində dekabrın 22-də tutulub. Faktla bağlı DSX tərəfindən araşdırmalar davam etdirilir.
Bölüm: Kriminal
Oxunma sayı: 133