Muəllif:

İranda farslardan başqa bütün xalqlar aşağılanır

Panfarsizm və ya şovnizmin özəlliklərindən biri başqa etnik qruplar sayğısızlıqdır. Bu hal İran hakimiyyətinin mahiyyətində olduğundan onun əməllərində də özünü göstərməkdədir.

İran televiziyalarının birində yayımlanan “Paytaxt” teleserialında Mazandaran əyalətində yaşayan və mazəni dilində danışan millətin danışığının təhqir edilməsinə, bölgənin mərkəzi Sari şəhərini İran parlamentində təmsil edən Məhəmməd Damadi etiraz edib.

İranın “Aftabnews” saytına istinadən məlumata görə, M.Damadi parlamentdə çıxış edərək, mazandaranlıların danışığının aşağılanmasını ayıb iş adlandırıb: “Halbuki mazandaranlılar hər zaman paytaxtda oturanların qurbanı olub. Onlar mazandaranlıların torpaqlarını qəsb edərək, əməklərini heçə sayırlar. Onlar nə anlayırlar ki, isti və nəmli havada düyü tarlalarında çalışmaq nə deməkdir? Paytaxtdakılar isti havalarda öz villalarında kondisionerin altında oturub ssenari yazırlar. Dünən azərbaycanlıları, bu gün mazandaranlıları, sabah hansı etnik qrupu təhqir edəcəklər? Düyülərimizi, torpaqlarımızı alıb, o torpaqlarda öz villalarını tikib millətimizi məhv etdilər. İndi isə bizi aşağılayırlar.

Xəbərdarlıqlarımıza baxmayaraq, İran mediasının etdiyini Afrikanı istismar edən Avropa müstəmləkəçiləri belə etməyib. Bunların aşağıladığı ləhcənin olduğu bölgə Seyid Müctəba Ələmdar, Bəsir yetişdirib. Mazandaranın “Kərbəlayi-25” qoşununun unudulmaz qəhrəmanları var. Belə ssenarilər yazanda heç düşünürlərmi ki, bizim işçilər Novruz bayramında öz maaşlarını almayıblar?”

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 216