Muəllif:

İrana gedən vətəndaşımız yüz ölçüb, bir biçsin…

Azərbaycan və İran arasında yenə də ədəbiyyat adamlarının həbsi ilə bağlı xoşagəlməz hal yaşanır. Bu yeni həbs bir daha göstərdi ki, İran ədəbi və elmi səfərlər üşün risqli ölkədir. Ötənlərdə iki gənc şairin həbsindən sonra aydınlarımız bizim vətəndaşlara xəbərdarlıq etmişdilər ki, İrana gedərkə yüz ölçüb bir bişsinlər. Yenə xəbərdarlığa məhəl qoymayıblar və nəticə göz önündədir. O ölkədə hər bir əcnəbini casus gözündə gördüklərindən adamın başına nə desən gələ bilər.

Azərbaycanın Təbriz Baş Konsulluğu İran Xarici İşlər Nazirliyinə saxlanılan Azərbaycan vətəndaşları ilə bağlı nota verib. Bu barədə Trend-ə Azərbaycan XİN mətbuat xidmətindən məlumat verilib.
Notada qeyd edilib ki, İran tərəfi saxlanılan azərbaycanlı vətəndaşlarla bağlı məlumatlandırılsın.
Öz növbəsində, İran hüquq-mühafizə orqanları iki Azərbaycan vətəndaşının saxlanıldığını şifahi formada təsdiqləyiblər. Bu barədə cümə axşamı Trend-ə Azərbaycanın Təbrizdəki vitse-konsulu Nəriman Orucəliyev bildirib.

Azərbaycanın Təbriz Baş Konsulluğu Azərbaycan vətəndaşları — Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, elmi işçi Xalidə Xalidin və onun Şamxal adlı köməkçisinin İranda saxlanılması barədə yayılan məlumatları araşdırır.
Baş Konsulluq məsələ ilə bağlı İranın müvafiq orqanlarına rəsmi sorğu göndərib.

MEA Ədəbiyyat İnstitutu bu qurumun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin ETTELAT tərəfindən həbs edilmiş elmi işçisi Xalidə Xalidlə (İsmayılova) bağlı bəzi məlumatların detallarına müəyyən aydınlıq gətirib.
İnstitutun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin müdiri, direktorun beynəlxalq əlaqələr üzrə müşaviri, Xalidə Xalidin elmi rəhbəri Vaqif Arzumalı cümə axşamı Trend-ə bildirib ki, əslən Lənkərandan olan Xalidə İsmayılova aprelin 26-da onun yanına gələrək Lənkərana gedəcəyini deyib. O, Lənkərana da sürücüsü Şamxalla (məlumatlarda o, Şamax kimi təqdim edilib) gedib.
«O, mənə bildirdi ki, Şəhriyarla bağlı bəzi materiallar var. Ehtiyac olarsa, onları götürəcəyəm. Xalidə xanım institutun doktorantıdır və
«Şəhriyar və türk xalqları ədəbiyyatı» mövzusunda dissertasiya işi yazır və bu işi yekunlaşdırmaq üzrədir. O, bu məsələdə İrandakı dostları ilə əlaqələr saxlayıb. Bu barədə arada mənə də məlumatlar verirdi. Ola bilər ki, o, Təbrizlə əlaqə saxlayıb və həmin materialların dalınca İrana gedib»,- Arzumanlı əlavə edib.

Onun sözlərinə görə, qeyd edilən mövzu üzrə 10 ilə yaxın müddətdə araşdırma aparan Xalidə İsmayılova dünyanın müxtəlif ölkələrindən Şəhriyarla bağlı materiallar tapmağa çalışır. Şəhriyar Güney Azərbaycanda yaşadığı üçün o, daha cox həmin materialların Təbrizdən əldə olunmasına cəhdlər göstərib. Onun Şəhriyar haqqında kitabı çap edilib, məqalələri bir cox qəzetlərdə dərc olunub.
Xalidə İsmaylovanın ziyalı xanım və fəal elmi işçi olduğunu deyən Arzumanlı bildirib ki, Xalidə xanım həbs edilərkən bu məsələdə adı hallanan Oqtay Rəşidinin ata evində onun anasının doğum gününunu digər azərbaycanlı mədəni fəallar — Aşıq İsaq Qaraxanlı (yazıçı), Əmir Hadian (Təbriz Azad Universitetinin tələbəsi) və Fərhadi soyadlı yazıçı ilə birgə qeyd ediblər.
Arzumanlı onu da əlavə edib ki, iki övladı olan Xalidə xanımın oğlu İrana — anasının yanına getmək istəyir.
«Dünən oğlu mənə telefonla dedi ki, sabah səhər tezdən Xarici İşlər Nazirliyinə gedib ərizə yazaraq İrana gedəcəyəm. O, bu gün İrana getməlidir»,- Arzumanlı əlavə edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 176