Muəllif:

İran Xalq Mücahidləri Təşkilatı fəaliyyətini bərpa edir

İran Xalq Mücahidləri Təşkilatı fəaliyyətini bərpa edir. Onun adı terrorçu təşkilatlar sırasından çıxarılır. Son olaraq bu təşkilat 11 illik fasilədən sonra Birləşmiş Ştatlarda leqal fəaliyyətə başlayıb. İXMT-nin ofisi aprelin 11-də paytaxt Vaşinqtonda Ağ Evin yaxınlığında açılıb. Rəsmi aşılış törənində ABŞ-ın sabiq BMT səfiri Con Bolton və başqaları iştirak ediblər.

Bir vaxtlar mənfur Pəhləvi rejiminə qarşı savaş açmış bu inqilabi solçu təşkilatın adı sonralar Qərbdə terrorçu təşkilatlar sırasına salınmışdı. Lakin onların İranın indiki rejiminə qarşı mücadiləsini haqlı görən Avropa Birliyi və Böyük Britaniya İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxardı.

İXMT İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Sıralarında çoxlu Azərbaycan Türkü var. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İXMT-nin minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Təşkilatın silahlı qanadı əsasən İraqdakı «Əşrəf» hərbi düşərgəsində cəmləşmişdi. ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamam tərk-silah edilərək «Əşrəf» düşərgəsində ABŞ ordusunun nəzarətində saxlanılıb. 2009-cu ildə ABŞ hökuməti bu qərargahın nəzarətini İraq hökumətinə tapşırmışdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 192