Muəllif:

İran səfirliyinin əməkdaşı qəfildən keçinib

Hadisə səfirliyin Səbail rayonunda yerləşən binasında qeydə alınıb. Səfirliyin əməkdaşı, 40 yaşlı Məhəmmədzadeh Əli Bulahi qəflətən keçinib. Hadisə yerinə təcilli tibbi yardım briqadası çağırılsa da, həkimlər gələnə kimi M. Əli Bulahi artiq sağ deyildi. Hadisə ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları da məlumatlandırılıb.

APA-nın əldə etdiyi məlumata görə, M. Əli Bulahi İranın Azərbaycandakı səfirliyində idarə işçisi olub. Mərhumun meyiti müayinə edilmək üçün ekspertizaya göndərilib. Ekspertizanın rəyi açıqlandıqdan sonra ölümün səbəbləri bəlli olacaq.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160