Muəllif:

«İran sadəcə farslar deyil!”

Birləşmiş Ştatlarda yaşayan azərbaycanlılar fevralın 22-də yerli vaxtla saat 10:30-da İran əleyhinə etiraz aksiyası keçiriblər. Bu barədə APA-ya aksiya iştirakçısı, hazırda ABŞ-da yaşayan soydaşımız, GAMOH sədr müavini Cavad Abbasi açıqlama verib. O bildirib ki, ABŞ Dövlət Departamentinin qarşısında keçirilən etiraz aksiyası Beynəlxalq Ana Dili Gününə həsr olunub:

“İranda yaşayan 35 milyondan çox azərbaycanlı ana dilində təhsil almaq hüququndan məhrumdur. Haqlarımızı tələb edən fəallar həbs edilir, ağır təzyiqlərə məruz qalır. Bu gün də İran həbsxanalarında saxlanılan çoxsayda siyasi məhbuslarımız var. Onların azadlığa buraxılmasını, azərbaycanlılara qarşı təzyiqlərə son qoyulmasını və ana dili haqqımızın tanınmasını tələb etdik”.

C.Abbasi əlavə edib ki, aksiyada “Fars üstünlüyü irqçilikdir!”, “ İran sadəcə farslar deyil!”, “Azərbaycanlı siyasi məhbuslara azadlıq!”, “Ana dilində təhsil insan haqlarındandır!”, “Azərbaycanlı uşaqlara üçün ana dilində təhsil!” kimi şüarlar səslənib. Bir saat davam edən aksiyanın sonunda bəyanat oxunulub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 160