Muəllif: Redaksiya
İran iddia edir ki, 200 km-lik hədəfi vuran raketi uğurla sınaqdan keçirib
Ərəb körfəzində hərbi təlimlər zamanı İran Hərbi-Hava Qüvvələrinə məxsus qırıcı təyyarələrin 200 kilometrlik hədəfi vurmaq gücünə malik “Qədr” raketlərini uğurla sınaqdan keçirdiyi iddia edilir. Bu xəbəri Çinin Sinxua agentliyi yayıb. İran ordusunun general-mayoru Hüseyn Çitfüruş bildirib ki, müxtəlif tipli qırıcı təyyarələrə quraşdırılması mümkün olan bu raketlər hərbi təlimlər zamanı uğurla sınaqdan keçirilib.
İran KİV-lərinin məlumatına görə, 200 kilometrlik hədəfi vurmaq gücünə malik olan “Qədr” raketləri İran Hərbi-Hava Qüvvələri tərəfindən gələcəkdə baş verə biləcək hərbi əməliyyatlarda istifadə edilə bilər.
Bölüm: Dünya
Oxunma sayı: 181