Muəllif:

İran Ermənistanda ticarət mərkəzi açacaq

Ermənistan İranla bir çox sahədə əlaqələrini inkişaf etdirməyə böyük əhəmiyyət verir. Bunu Ermənistan iqtisadiyyat nazirinin müavini Ara Petrosyan Tehran şəhərinin Mədən, Ticarət və Sənaye Palatasının rəhbəri Yəhya Əli İshaqla görüşündə bildirib. Onun sözlərinə görə, İranla iqtisadi və ticarət sahəsində əlaqələri inkişaf etdirmək üçün bütün mövcud potensiallardan faydalanmaq lazımdır: “Bu gün İran Ermənistanın beşinci böyük ticarət ortağıdır. İki ölkə arasında ticarət mübadiləsinin həcmi illik 300 milyon dollardır. Bu rəqəm Ermənistan üçün yaxşı göstərici deyil. Gələcəkdə bu rəqəmi iki dəfə artırmaq üçün səy göstərmək lazımdır”.
İshaq da öz növbəsində İranın Ermənistanla ticarət və iqtisadi sahədə əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu söyləyib. Onun sözlərinə görə, İran Ermənistanda ticarət mərkəz açmağı planlaşdırır (APA).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 122