Muəllif:

İran: edamlar 6 dəfə artıb, heç çatdıra bilmirlər

Son 3 ildə İranda edamlar 6 dəfə artıb. Bu, beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International»ın hesabatından bəlli olub. Qurum son on ildə dünya üzrə ölüm hökmlərinin tətbiqinin azaldığını da vurğulayıb.
Lakin İranda əks tendensiyadır.

Xarici informasiya vasitələrinə istinadən, qurum bir sıra dövlətlərdə bu hökmün bərpasından rahatsızlığını da vurğulayır. Bu kimi dövlətlərin sırasında 2004-cü ildən bəri ölüm hökmü icra olunmayan Hindistan, habelə Yaponiya, Qambiya və Pakistan da göstərilib. Bununla belə təşkilat əmindir ki, dünyada edam hökmləri az yayılmaqdadır.

Əfvçilər bildirib ki, 2012-ci ildə ölüm hökmü icra olunanların sayı 2011-ci ildəkindən iki nəfər çox olub. Hesabat müəllifləri ölüm hökmünün daha çox Çin, İran, İran, Səudiyyə Ərəbistanı və ABŞ-da icra olunduğunu göstərirlər.

İran edamlar reytinqində öndə gedənlərdəndir. Məlumatlara əsasən, hazırda 3000 məhkum Vəkilabad həbsxanasında edam olunacağı günü gözləyir və indi həmin həbsxanada 20 min məhbus saxlanılır. 2011-ci ildə Vəkilabad həbsxanasında 13 min məhbus var idi. Baxmayaraq ki, bu zindan cəmi 3000 məhbus tutumuna malikdir.

Almaniyanın Deutsche Welle teleradiosu fars redaksiyasına istinadən, İranın 15 həbsxanasında edamlar qabaqcadan elan olunmadan, gizli şəkildə icra edilib. Ancaq 2012-ci ildə gizli edamların sayının çox olduğu ehtimal edilir.

Xəbərdə deyilir ki, ötən 15 il ərzində ən çox edam 2012-ci ildə həyata keçirilib: “Ən azı 580 nəfər edam edilib. Onların 76 faizi narkotik maddələrin qaçaqmalçılığına görə dar ağacından asılıb. Bunlardan 294 nəfəri rəsmi, qalan edamlar isə qeyri-rəsmi mənbələr tərəfindən təsdiqlənib. 325 gizli edamdan 95-i Xorasan-Rəzəvi vilayətində həyata keçirilib. Bunlardan 85-i Məşhəd şəhərinin Vəkilabad, 10-u isə Taybad şəhər həbsxanasında icra edilib. 580 nəfərdən 60%-i əhalinin gözü qarşısında edam olunub. Onlardan 1/3-i narkotik maddələrin qaçaqmalçılığında müqəssir bilinərək dar ağacından asılıblar”.

Məlumatda vurğulanıb ki, 2009-cu ildən bəri İranda edamların sayı 6 dəfə artıb. İranda 2012-ci ildə ən azı 9 qadın, 27 Əfqanıstan, 1 Pakistan vətəndaşı edam edilib. 2012-ci ildə 4 ərəb fəalı edam edilib, 5 ərəb fəalına isə edam cəzası verilib: “Edamlar əsasən narkotik qaçaqmalçılığı, təcavüz, qətl, Allaha qarşı müharibə aparmaq və silahlı soyğun kimi ittihamlarla icra edilib. İranda 2012-ci ildə 1 məhkumu Səbzəvar şəhər stadionunda edam ediblər, iki məhkumun da Şiraz şəhərində ictimaiyyət qarşısında barmaqlarını kəsiblər. Ümumiyyətlə, edam edilənlərin əksəriyyəti aşağı təbəqəyə məxsusdur”.

Xəbərdə qeyd olunur ki, İranda narkotik qaçaqmalçılığına görə edamlar birinci yerdədir: “İranda həyata keçirilən edamların rəsmi sayına görə Tehran, Kərəc və Fars vilayəti ilk üçlükdədir. Ancaq qeyri-rəsmi məlumatlara görə, Tehran, Kərəc, Vəkilabad və Urmiya həbsxanaları ilk dördlükdə yer alır. Yəzd və Sistan və Bəlucistan vilayətlərində edamların yarısından çoxu, Gilan vilayətində icra edilən gizli edamların hamısı haqda məlumat verilməyib”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 724