Muəllif:

İran bizim 2 vətəndaşı nə səbəbə tutduğunu açıb demir

İran polis rejimi bizim 2 vətəndaşı nə səbəbə tutduğunu hələ də açıb demir. Diplomatlarımız ən qısa müddətdə həbs olunan vətəndaşlarımızla görüşməyə çalışsalar da, bu mümkün olmur. XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin sözlərinə görə, diplomatlar hələlik aprelin 30-da Təbrizdə həbs olunmuş Xalidə Xalid və Şamxal Hüseynovla görüşə bilməyiblər: “Azərbaycanın Təbrizdəki Baş Konsulluğu daim buna can atır. Çalışırıq ki, ən qısa müddətdə vətəndaşlarımızla görüşə nail olaq, onların həbsinin səbəblərini, həmçinin saxlanma şəraitini araşdıraq. Bu, bizim üçün prioritet məsələdir”.

Azərbaycan tərəfi Xalidə Xalid və Şamxal Hüseynovun həbsinin səbəblərinin aydınlaşdırmaq məqsədilə İrana iki nota verib. İran tərəfi vətəndaşlarımızın qanunsuz fəaliyyətə cəhdə görə saxlandığını açıqlasalar da, səbəbi konkret izah etməyiblər. Bu vəziyyəti Xələf Xələfov da təsdiqləyərək deyib ki, “İran tərəfi hələ də vətəndaşlarımızı hansı səbəbdən saxladığını açıqlamır”
“Azərbaycan vətəndaşlarının İranda həbsi xoşəgəlməz haldır. Bu kimi halların tez-tez baş verməsi ictimaiyyətin narahatçılığına səbəb olur. Bu, eyni zamanda dövlət orqanı kimi bizim də narahatlığımıza səbəb olur. Digər ölkələrdə saxlanan və ya məsuliyyətə cəlb olunan vətəndaşlara hüquqi yardım göstərilməsi Azərbaycan dövlətinin borcu, ölkənin diplomatik təmsilçilərinin bilavasitə vəzifəsidir. Biz də bunu edirik. Eyni zamanda diplomatik nümayəndələr Azərbaycan vətəndaşlarının İranda saxlanılması faktı ilə bağlı lazımi tədbirlər görüblər və İran tərəfinə müraciət ediblər. Onların harada olması məsələsi araşdırılıb. İran tərəfi hələ də vətəndaşlarımızın hansı səbəbdən saxlandığını tam açıqlamayıb. Amma hər halda bütün məsələlər aydınlaşacaq. Əgər İranda saxlanılan vətəndaşların təqsiri yoxdursa, Azərbaycan dövləti onların azad olunması üçün əlindən gələn bütün tədbirləri görəcək».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 172