Muəllif:

İran Azərbaycana nota verdi: konfrans xəbərindən inciyiblər

Artıq məlumat verdiyimiz kimi, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkilatçılığı ilə martın 30-da Bakıda “Çağdaş Güney Azərbaycanın sabahı” mövzusunda konfrans keçirilmişdi, indi isə bəlli olub ki, bu tədbirə etiraz olaraq İran Azərbaycana nota verib.

Martın 31-də bizim fövqəladə və səlahiyyətli səfir Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə çağırılıb. Nazir müavini Abbas Əraqçi Azərbaycan səfirinə etiraz məktubu verib. Məktubda bildirilib ki, həmin tədbirdə İranın ərazi bütövlüyü və Tehran hakimiyyətinə qarşı fikirlər səsləndirilib. Azərbaycan dövlətinin bu tədbirin keçirilməsinin qarşısının alınması üçün lazımi tədbir görməməsinə də etiraz bildirilib (APA).

Əraqçı deyib ki, bu kimi fəaliyyətlər iki ölkə arasında müsbət və inkişaf edən münasibətlərə zərbə vura bilər: “Bu tədbirdə İran əleyhinə məqsədyönlü və təhdidedici, həmçinin yalan məlumatlar səsləndirilib. Bu da yalnız sionistlərin mənafeyinə xidmət edən işlərdir. Belə bir konfransın keçirilməsinə heç bir şəkildə haqq qazandırıla bilməz”.

Bəlli olduğu kimi, konfransda Milli Məclis deputatları, ictimai-siyasi xadimlər, partiya təmsilçiləri, ekspertlər, Güney Azərbaycanla bağlı fəaliyyət göstərən qurumların üzvləri, xaricdə fəaliyyət göstərən güney azərbaycanlıların hüquq müdafiə təşkilatlarının təmsilşiləri iştirak ediblər. Bu qurumların hamısı qeyri-hökumət təşkilatlarıdır və Azərbaycan hökumətinə heç bir aidiyyətləri yoxdur. Öz növbəsində Azərbaycan hökuməti onların fəaliyyətinə mane ola, onlara nəyi danışmaq və ya danışmamaq barədə tövsiyələr verə, notada qeyd olunduğu kimi, «lazımi tədbir görə» bilməz. Rəsmi Tehran doğrudanmı bu situasiyanı bilmir?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136