Muəllif:

İran-Azərbaycan sərhədində silahlı insident

İran iki vətəndaşının Azərbaycan sərhədçiləri tərəfindən açılan atəş nəticəsində yaralandığını açıqlayıb.APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə fevralın 4-də İranın Parsabad şəhərinin sərhəd qüvvələri alayının komandanı, polkovnik Ərdəşir Cavanşir bildirib. Onun sözlərinə görə, yaralananlar Parsabad şəhərinin yaxınlığında yerləşən Pireyvanlı kəndinin sakinləridir:
“Aparılan araşdırmalar nəticəsində onların Araz çayından balıq tutmaq məqsədilə Azərbaycan sərhədini pozduğu məlum olub. Azərbaycan sərhədçiləri onlara atəş açıblar. Güllə yarası almış hər iki yaralı ərazidən uzaqlaşa bilib. Hazırda onlar Muğanın Parsabad xəstəxanasında müalicə olunurlar”.
APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə isə İran tərəfdən Araz çayını keçərək, “balıq tutmaq” adı ilə Azərbaycan ərazisinə daxil olmuş şəxslər silahlı olublar.
Azərbaycan sərhədçilərinin əmrinə tabe olmayan İran vətəndaşları silahlı müqavimət göstərib, sərhəd naryadına atəş açıblar. Bundan sonra sərhədçilər tərəfindən adekvat addım atılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 305