İran: 18 min sentrifuqamız var
İran uranın zənginləşdirilməsi üçün 18 min sentrifuqaya malikdir, onlardan 10 mini artıq fəaliyyət göstərir.
Frans Press-in yaydığı xəbərə görə, bu bəyanatla İranın atom enerjisi təşkilatının rəhbəri Feridun Abbasi çıxış edib. O deyib:
“10 min sentrifuqa artıq fəaliyyət göstərir, daha 7 minin istismara verilməsi planlaşdırılır. Bundan başqa, əlavə 1000 sentrifuqa artıq quraşdırılıb və işə tam hazırdır”.
Yeni prezident Həsən Ruhani XİN rəhbəri Əli Əkbər Salehini tutduğu vəzifədən azad edərək İranın atom enerjisi təşkilatının rəhbəri təyin edib.
Qeyd edək ki, ABŞ, bir sıra Qərb dövlətləri və İsrail İrandan dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda şübhələnirlər. Rəsmi Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinə olan tələbatını ödəməyə yönəlib.