Muəllif:

İqtisadiyyata 156 milyard dollardan artıq sərmayə qoyulub

Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların ümumi həcmi 156 milyard dolları ötür. Bu gün Bakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, yatırılan sərmayələrin təxminən yarısı xarici ölkələrin payına düşür.
Mustafayev deyib: «Bu gün Azərbaycanın ÜDM-də özəl sektorun payı 85 faiz təşkil edir. Ümumilikdə, son on il ərzində Azərbaycanın ÜDM-i 3,4 dəfə, adambaşına düşən ÜDM isə üç dəfə artıb. Dövlət büdcəsinin gəlirləri göstərilən dövrdə 19 dəfə artıb. Eləcə də 10 il ərzində respublikanın xarici ticarət dövriyyəsi təxminən 9 dəfə çoxalıb».
Nazirin sözlərinə görə, yoxsulluğun səviyyəsi 10 il ərzində səkkiz dəfə azalaraq 5,5 faizə enib: «Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın bütün iqtisadiyyatının 70 faizindən çoxunu təşkil edir. Ölkədə iqtisadiyyatın şaxələnməsi davam edir və hazırda ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda cəmləşib. Respublikanın xarici borcu ÜDM-in cəmi 8,3 faizini təşkil edir, ölkənin strateji valyuta ehtiyatları isə xarici borcu 10 dəfəyədək üstələyir».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 604