Muəllif:

İqtisadçı klubu ABŞ millisinin voleybolçusunu transfer etdi

İqtisadçı klubu heyətini gücləndirməkdə davam edərək ABŞ millisinin voleybolçusunu transfer edib. Bakı təmsilçisi bununla yeni mövsüm üçün 7-ci transferini rəsmiləşdirib.
Apasport.az saytının məlumatına görə, yeni mövsümdə ABŞ millisinin ulduzlarından hesab olunan Kim Vilouqbi İqtisadçının uğurları üçün çalışacaq. 33 yaşlı voleybolçu ilə 1 illik müqavilə bağlanıb. Kim təmsilçimizin heyətinə Puerto-Rikonın Pinkin de Korozal klubundan transfer olunub.

180 sm boya malik Kim karyerasına vətənində University of Havaii (1999-2003) komandasında başlayıb. O, daha sonra Kriollas de Kaqaus (2003-2005), Valenkianas de Yunkos (hər ikisi Puerto-Riko, 2009, 2011-2012), Mursiya (İspaniya, 2005-2006), Santeramo Sport (2006-2007), Çyeri (2007-2008) və Peruca (hamısı İtaliya, 2008-2009) klublarında oynayıb. Bu illərdə 1 dəfə Puerto-Riko çempionu (2005) olan Vilouqbi 1 dəfə də İspaniya çempionatının qızıl medallarını (2006) qazanıb. O, həmçinin 2009-cu ildə Çempionlar Liqasının üçüncüsü adına yiyələnib.

2008-ci ildən millində çıxış edən voleybolçu elə həmin il Pekin Olimpiadasının finalçısı olub.

İqtisadçı Kimdən öncə Vey Kiuyue, Yun Ven Ma (hər ikisi Çin), Aleksandra Klineman (ABŞ), Manon Flier (Hollandiya), Valentina Serenanın (İtaliya) və Lenka Dürrü (Almaniya) transfer edib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 149