Muəllif:

Ipotekada radikal dəyişiklik: alman modeli tətbiq ediləcək

Ipoteka kreditlərinin verilməsində radikal dəyişikliyə gedilir. Alman modeli tətbiq ediləcək.Mərkəzi Bank (MB) ipoteka qaydalarında dəyişiklik haqqında sənədlər və yeni ipoteka programı ilə bağlı layihə üzərində işlərin artıq yekunlaşması haqda yaydığı açıqlamada belə deyilir.

Bankdan bildiriblər ki, ipoteka kreditindən daha asan və kütləvi şəkildə istifadə olunması üçün bir sıra radikal dəyişikliklər ediləcək. MB gənclərin köhnə mənzil fondu ilə yanaşı yeni tikililərdən ev almaq imkanlarının yaranacağına, bundan başqa, ipoteka alarkən ilkin ödəniş məbləği və girov məsələsində də dəyişiklik ediləcəyini vəd edir.

Təklif edilən yeni qaydalarla bağlı İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nicat Hacızadə bildirib ki, ipoteka şərtləri əlverişli olmadığından dəyişiklikliyə ehtiyac var. Əvvəlla, 20 %-lik ilkin ödəniş əhalinin gəlirlilik səviyyəsi ilə üst-üstə düşmür: “Hazırda orta aylıq əmək haqqısı 410 manata yaxındır, bu da hazırda mənzil bazarında olan evlərin qiymətinə qoyulacaq ilkin ödəniş üçün yığım imkanlarını xeyli məhdudlaşdırır. İkincisi, adi və sosial ipotekalara qoyulan faizlər yüksək olaraq qalmaqdadır: adi ipoteka 8 %, sosial isə 4 %-dir. Sənədlərin sayının 18-yə çatması da kreditin vaxtının uzanmasına təsir edir ki, qeyd edilən bu hallar heç də asan
deyil və kütləviliyə yol açmır. Əgər biz bu ipoteka şərtlərinin asandlaşmasını istəyiriksə, faizləri dünya praktikasına uyğunlaşdırmalıyıq və adi ipoteka kreditlərinin 4%-ə, sosial kreditrlərin isə 2%-ə düşməsi məqsədəuyğundur. Sənədlərin sayı azalmalıdır, çox təəssüf ki, bu məsələdə Azərbaycan dünyada birinci yerdədir».

MB-nin açıqlamasın açıqlamasına görə, “Tikinti əmanət bankları haqqında” qanun qəbul edildikdən sonra ipoteka kreditləri üzrə digər bir model – alman modeli tətbiq ediləcək. Bu modeldə əhalinin əmanətlərinin yığımları vasitəsi ilə ipotekanın verilməsi sistemi yaradılacaq.

İipoteka alarkən ilkin ödəniş məbləğində dəyişiklikləri şərh edən iqtisadçı bildirib ki, “Bu çox müsbət haldır. Əgər bu bank yaransa, ilkin ödənişi verə bilməyən subay və ailəli gənclər bundan maksimum yararlana bilərlər, həmçinin bu tikinti sahəsininin inkişafına da təkan yaradacaq”.

İpoteka kreditləri ilə dövlət başçısının son sərəncamına əsasən sosial ipoteka kreditləriin ümumi məbləği 35 min manatdan 50 minə qaldırıldırılması ilə bağlı iqtisadçı bildirir ki, bu müsbət haldır, amma problemlər problem olaraq qalmaqdadır. Mənzil bazarındakı süni qiymət ilə əhalinin gəlirlilik səviyyəsinin uyğunsuzluğu qalmaqdadır. İlkin ödənişin çox olması, fazilərin yüksək olması gəncləri yenidən köhnə mənzillərə doğru istiqamətləndirəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 678