İnterpol xətti ilə axtarışda idilər, Gürcüstanda saxlandılar
Cinayəti törədib, qaçıb gizlənə bilməzsən. İnterpolun əlləri uzundur. Fec-tez yaxan ələ keçəcək. Budur, Gürcüstan hüquq-mühafizə orqanları İnterpol xətti ilə axtarışda olan Türkiyə və Azərbaycan vətəndaşlarını saxlayıb. Türkiyə vətəndaşı Mustafa Ayaz və Azərbaycan vətəndaşı Cavid Məhərrəmov Sarpi sərhəd-keçib məntəqəsində tutulublar, deyə Georgia Online saytı xəbər verir.
Mustafa Ayaz 2007-ci ildə axtarışdadır. Almaniyanın Bonn regional məhkəməsi onun cinsi zorakılıq və təcavüz ittihamları ilə 3 il və 2 ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.
27 yaşlı Cavid Məhərrəmov isə Bakı kafelərin birində Muxtar Hacıyev adlı şəxsə ölümcül xəsarətlər yetirdiyinə görə axtarışa verilib. Gürcüstan DİN İnterpolun Bakı Bürosunu 2013-cü ilin mayın 27-dən axtarışda olan C. Məhərrəmovun tutulması barədə xəbərdarlıq edib. Hər iki şəxs hazırda Gürcüstanda təcridxanada saxlanılır və yəqin ki, gətirilib Bakıda hakim qarşısına çıxarılacaqlar.