Muəllif:

İnternetin qiymətinin aşağı salınması üçün plan hazırlanıb

İnternet xidmətlərinin qiymətlərinin aşağı salınması üçün plan hazırlanıb. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov jurnalistlərə açıqlamasında bildirib ki, internetin qiymətlərində mütəmadi olaraq ucuzlaşma gedir. İnternet xidmətlərinin qiyməti adətən bazarda dövlət tərəfindən tənzimlənməyən qiymətlərdir. Lakin bu qiymətlərin əmələ gəlməsində dövlətin xidmətləri var: «Biz bu xidmətlərin qiymətlərinin aşağı salınması üçün planlar hazırlamışıq, yəqin ki, yaxın vaxtlarda açıqlanacaq. Bundan sonra isə böyük provayderlər ordusu da bundan istiffadə edib internetin qiymətlərini aşağı sala biləcəklər».

Abbasov Azərbaycanın ilk süni peykindən əldə edilən gəlirlərə də toxunub: «Birinci peykin gəlirləri artmaqda davam edir. Təkcə bu ilin 6 ayında — əsas fəaliyyət göstərdiyi dövrdə təxminən 10 milyon dollar ixrac potensialından gəlir əldə edib və bu, artan xətlə inkişaf edir. Peykdən istifadədə əsasən Şimali Afrika, Mərkəzi Asiya və Şərqi Avropa ölkələri maraqlıdır».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 108