Muəllif:

«İnsan taleyinə biganə qalmayaq» — bunu öyrənməliyik

«İnsan taleyinə biganə qalmayaq» — bu ad altında “Park Bulvar” ticarət mərkəzində keçirilən kitab sərgisi Elşad adlı 12 yaşlı böyrək xəstəsi məktəblinin əməliyyatı üçün təşkil olunumuşdu. Xeyriyyə aksiyası üçün kitablar tələbələrdən, “Qanun” Nəşirlər evindən, Yazıçılar Birliyi və yazıçılardan toplanmışdı. Aksiyada millət vəkili Aydın Mirzəzadə, «İnsan hüquqları XXI- əsr Azərbaycan» Fondunun prezidenti Şahin Camalov, yazıçı Dilqəm Əhməd və bir çox tanınmış isimlər iştirak edirdi.
Aksiyada iştirak edən millət vəkili Aydın Mirzəzadə aksiyanın təşkilini yüksək qiymətləndirdiyini və davamlı olmasını arzuladığını bildirdi.
Aksiya təşkilatçıları Gənclərin Maarifləndirilməsinə Kömək İB idarə heyətinin üzvü Mehriban Kərimli və baş katibi Nisa Rahimova aksiyada iştirak edən və dəstək olan hər kəsə təşəkkürlərini bildirərək bu kimi tədbirlərin davamlı olacağını qeyd etdi. Məlumat üçün bildirək ki, aksiyanın əsas məqsədi
— Kiçik də olsa insanlığa və insan ömrünə biganə olmadığımızı göstərmək, əlimizdə olanlardan yararlanaraq başqalarına kömək etməyi öyrənmək.
— Az yaşlı balamızı ölümün pəncəsindən əl birliyi ilə xilas etmək (Tibbi baxımdan bu mümkündür). Unutmayaq ki, hər birimiz bu duruma düşə bilərik və hər zaman ətrafımızdakıların köməyinə ehtiyacımız ola bilər. Ona görə hər kəs özünü və cəmiyyətini düşünərək bacardığı qədər yardım göstərsin.
— Kitabsevərlər arasında kitab mübadiləsini süətləndirmək (Birimizdə olan kitab ola bilsin ki digərimizdə olmasın. Toplanan kitablar satışa buraxılanda bunu hər birimiz rahatlıqla əldə edib oxuya biləcəyik)
Sonda isə təşkilatçılar növbəti aksiya ilə bağlı məlumat almaq istəyən və kitab bağışlamaq istəyənlərin təşkilatın facebookdakı rəsmi səhifəsindən məlumat ala biləcəklərini bildirdilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 233