Muəllif:

İnşaat dələduzluğu: «Mur-Ay”ın məhkəməsi mayın 6-na qaldı

Bakı Ağır Cinayətlər Məhkəməsində “Mur-Ay” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.

APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışına hazır olmadıqlarını bildiriblər. Bunun üçün də proses mayın 6-dək təxirə salınıb.

“Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov və qeyrilərinin qabaqcadan əlbir olub cəmiyyət tərəfindən Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək dələduzluq əməli törədiblər. Cinayət işi üzrə təqsirləndirilən şəxslər “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Qalib Məmmədbəyli , “Mur-Ay” MMC-nin sədr müavini Bəybala Sultanov, “Mur-Ay” MMC-də mühasib vəzifəsində işləyən Novruz Muxtarov, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, cəmiyyətdə satış üzrə menecer işləyən Səhriyar Ağayev, Seyfəddin Səfərov və şirkətin sədri Elxan Hüseynovdur.

Prokuror bu şəxslərə 15 ildən 11 il 6 aya qədər cəza istəyib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 199