Muəllif:

İnnovasiyalar sahəsində Fransa birinci üçlükdədir

İnnovasiyalar sahəsində Fransanın vəziyyəti tərifə layiqdir! 2013-cü ilin oktyabrında Tomson-Röyter agentliyinin ən çox innovasiyalar olan ölkələrin siyahısında Fransa üçüncü yeri tutur.

On iki fransız qrupu dünyanın ən çöx ixtiralar edən müəssisələri arasındadır

Amerika müəssisələrinin və elmi tədqiat institutlarının klassifikasiyasını tərtib edən agentliyi dinamik patent almanı əsas götürür (patent almaq üçün edilən müraciətlərin sayı, alınanların faizlə münasibəti, alınmış patentlərin məşhurluğu). 2013-cü ildə bu sahədə liderlik edən 100 qrupun arasında Amerika Birləşmiş Ştatları lderlik edir (45 müəssisə) ikinci yerdə Yaponiya (28), üçüncü yerdə isə Fransa gəlir (12). Fransız liderləri arasında 9 qrup (Alkatel-Lüsan, Arkema, EADS, Loreal, Mişlən, Sən-Qobən, Tales, Safran, Valeo(Alcatel-Lucent, Arkema, EADS, L’Oréal, Michelin, Saint-Gobain, Thales, Safran et Valeo)) və 3 müəssisə-təşkilat var (Commissariat à l’Energie Atomique – CEA Atom Enerjisi Komissarlığı-CEA, Centre National de la recherche scientifique- CNRS Milli Eilmi Araşdırmalar Mərkəzi, İFP Energies Nouvelles – İFP Yeni Enerji növləri). Onların sayəsində Fransa Avropada ən çox innovasiyalar edən ölkə olub, sonrakı yerlərdə İsveçrə (4 şirkət), Almaniya (3 şirkət) və İsveç gəlir (2 müəssisə).

Elmi işlərin nəticələrinə görə vergi siyasəti – təqdirəlayiq vasitədir

2012-ci ildə fransız şirkətləri və təşkilatları elmi işlərə 38 milyard avro ayırıb vəAvropa patent agentliyinin verdiyi məlumata görə onlar 12.000 patent müraciəti ediblər. Belə yüksək nəticə əsasən ölkədə innovasiyalar sahəsində və xüsusən də elmi işlərin nəticələrinə görə yeridilən vergi siyasəti ilə izah olunur. Bu o deməkdir ki, verginin miqdarı müəssisənin elmi-tədqiqatlara ayrılan vəsaitin miqdarından və onun inkişaf proqramına əsasən azaldılır. Belə bir siyasətin məqsədi şirkətlərin, .aid olduqları sektordan, həcmindən, strukturundan asılı olmayaraq, rəqabətə davamlılıq istiqamətində apardığı fəaliyyətini həvəsləndiməkdir.

Liderlərin arxasınca pionerlər gəlir.

Fransada innovasiyalar çoxasylıdır. Bunların arasında elmi axtarışlar aparan təşkilatları (CEA, CNRS, İFP Technologies, aeronavtika firmaları (EADS, Thales, Safran) və avtomobil avadanlıqları şirkətlərini (Michelin, Taleo) misal göstərmək olar. Hal-hazırda Michelin şirkəti avtomobil sənayesində inqilab yaradacaq Active Wheel adlı bir yenilik üzərində işləyir. Onun nəticəsində təkərlər elektrik mühərrikləri ilə təchiz olunacaq. Avtomobillərdə iki mühərrik olacaq, onlardan biri vasitəsilə təkərlər hərəkətə gətiriləcək, ikinci mühərriklə isə maşının özü idarə olunacaq. Ekoloji cəhətdən təmiz olan bu sistem müstəqil təkər sahəsində əsl inqilabın olcağından xəbər verir.

Fransada ixtiralarla məşğul olan yalnız transmilli iri şirkətlər deyil. Kiçik və orta müəssisələr də dövlətin innovasiyalar siyasətindən geniş bəhrələnirlər. Məsələn, Fransa pilotsuz mülki aparatların uçuşu üçün səmasını açıq elan edən ilk ölkədir, 2015-ci ildə bu sektorun dövriyyəsinin 2 milyarda çatacağı ehtimal olunur. Sınaq üçün bu yeganə fürsətdən istifadə etmək məqsədi ilə Frederik Serr şərikləri ilə birlikdə Delta Drone şirkətini yaradıb. “Müasir həyatda adi telefonla müqayisədə mobil telefon hansı yer tutursa gələcəkdə, aeronavtikada pilotsuz təyyarələr də o yeri tutacaq, bu çox ümidverici bir sektordur”.

Bu günə qədər məsafədən idarə olunan bu pilotsuz aparatlardan karyerlərdə topoqrafik şəkillərin çəkilişində, bir sıra infrastrukturların yoxlanışında, taxıl zəmilərinin vəziyyətinin təyin edilməsində istifadə olunur. Ötən ilin yayında birjaya daxil olan Delta Prone pilotsuz aparatların uçuşunu idarə edən operatorların hazırlanmasına başlayıb. Gözlənildiyinə görə 2014-cü ildə Delta Drone şirkətinin dövriyyəsi 10 milyon avro təşkil edəcək.

İnnovasiyalar etibarlı enerji təchizatının xidmətində

Fransız tədqiqatçıları yorulmadan uzunömürlü enerji növlərinin axtarışındadır. Buna, çay sularının sürətini elektrik enerjisinə çevirən turbinlərin istehsalı və satışı ilə məşğul olan Hydroquest şirkətini misal göstərmək olar. Yaxın gələcəkdə dövriyyəsi 12 milyard olacaq bu sektorun böyük gələcəyi olacağı ehtimal olunur. Bu sektorda fəaliyyət göstərən Algopack şirkəti ətraf mühiti çirkləndirməyən plastik maddə ixtira edib və o, neft məhsullarından deyil çimərliklərdən toplanan qonur mamırdan hazırlanır. Bu bərk maddə torpağa basdırılandan bir neçə həftə sonra yenidən mamıra çevrilir.

Fransa energetika sahəsində innovasiyaları həvəsləndirir. 2013-cü ilin dekabrında hökümət ölkənin sənaye potensialını bərpa etmək məqsədilə 34 plan irəli sürüb, onların əksəriyyəti nəqliyyat vasitələrinin inkişaf etdirilməsinə yönəldilib: 100 kilometrə 2 litr yanacaq işlədən avtomobil, ekoloji cəhətdən təmiz olan gəmi, gələcəyin sürət qatarları və avtomobilləri, elektrik enerjisi ilə işləyən təyyarə və s. Mc Kinsey agentliyinin verdiyi məlumata görə bütün bu layihələr yaxın 10 ildə 480 min yeni iş yeri yaranmasına imkan verəcək, bu qırx beş milyard civarında yeni dəyər deməkdir və öz növbəsində Fransanın innovasiya potensialını dinamik etmək üçün yaxşı impulsdur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 165