İndiki çalışdırıcı Con Toşak postunda qalacaq
“Xəzər Lənkəran” baş məşqçi məsələsinə rəsmi münasibət bildirib.
Klubun rəsmi saytında yer alan bəyanatda indiki çalışdırıcı Con Toşakın postunda qalacağı bildirilir: “Son günlər KİV-də “Xəzər Lənkəran” klubunun baş məşqçi postunda dəyişiklik edəcəyi ilə əlaqədar danışıqlar apardığı barədə informasiyalar dolaşır. İctimaiyyətin nəzərinə çatdırırıq ki, “Xəzər Lənkəran”ın hazırkı baş məşqçi Con Toşakla 2015-ci ilə qədər müqaviləsi var və klub rəhbərliyi sözügedən vəzifəyə təyinatla bağlı heç bir mütəxəssislə danışıqlar aparmır”.
Bəyanatda klubun baş məşqçi deyil, ona köməkçi və futbolçu gətirmək planları da əksini tapıb: “Hazırda klubumuz “transfer pəncərəsi” bağlanana qədər maksimum səy göstərib müəyyən mövqelərə uyğun futbolçu keçidlərinin həyata keçirilməsi və məşqçilər korpusuna əlavə mütəxəssislərin cəlb olunması istiqamətində ciddi işlər aparır . “Xəzər Lənkəran” tanınmış mütəxəssis Con Toşaka inanır və onunla birgə qarşıya qoyulan məqsədlərə nail olunacağına əminliyini bildirir».