İncirlik bazasına erməni iddiası boşa çıxdı
Kaliforniya məhkəməsi ermənilərin əcaib iddialarından daha birinə nöqtə qoydu. Adana şəhəri yaxınlığındakı İncirlik hərbi bazasının ərazisinə ermənilərin iddiası boşa çıxdı. Amerika hərbi bazasının yerləşdiyi İncirlik ərazisinə bir qrup erməni iddia qaldırmışdı.
Üç ilə yaxın davam edən proses məhkəmənin «bu məsələ siyasi məsələdir, məhkəməlik deyil» qərarı ilə yekunlaşıb. Beləliklə, erməni əsilli ABŞ vətəndaşları bu məhkəmə işini də uduzublar.
2010-cu ilin dekabrında ABŞ-da yaşayan bir qrup erməni Türkiyə hökümətinə qarşı iddia irəli sürərək sübut etməyə çalışıblar ki, bazanın yerləşdiyi torpaq sahəsi onların ulu babaları tərəfindən itirilmiş əmlakdır. Bu qəribə adamlar Türkiyə hökumətindən 100 milyon ABŞ dolları həcmində kompensasiya tələb edirdilər. Söhbət 49,5 hektar torpaq sahəsindən gedirdi. İştahları pis deyildi, lakin nə edəsən ki, Kaliforniya məhkəməsi onların üzünü güldürmədi.