Muəllif:

İmişlidə yanacaqdoldurma məntəqəsinə basqın edən yaxalanıb

İmişlidə yanacaqdoldurma məntəqəsinə basqın edilmişdir, deyə DİN saytı xəbər verir. Hadisə martın 1-də saat 04.00 radələrində baş verib. İmişli şəhərindəki yanacaqdoldurma məntəqəsinə gələn naməlum şəxs orada operator işləyən Emin Hüseynovun ağzını və əl-qolunu yapışqanlı lentlə bağlayaraq cibindəki 380 manat pulu götürmüş və hadisə yerindən qaçmışdır. Bu hadisəni törədən Füzuli rayon sakini, əvvəllər məhkumluq həyatı yaşamış Anar Hümbətzadə İmişli-Bakı sərnişin qatarında nəqliyyat polisinin əməkdaşları tərəfindən yaxalanmışdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 135