Muəllif:

İmam Xomeyni adına İmdad Komitəsi bizdən yapışıb qopmaq bilmir

İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyi rəsmən bağlanmış olsa da, şübhəli fəaliyyətini davam etdirəcəyinə ümidini itirməyib. Bu qurum bizdən yapışıb qopmaq bilmir. İran XİN sözçüsü Seyid Abbas Əraqçı İmam Xomeyni adına İmdad Komitəsi Azərbaycan nümayəndəliyinin bağlanma səbəbi barədə açıqlamasından bunu belə anlamaq olmur.

Əraqçı İran mediasına deyib ki, İran bir sıra məsələləri Azərbaycan rəsmiləri ilə görüşlərdə qaldırıb: “Onlar İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin bağlanmasını bizə belə izah ediblər ki, Azərbaycan artıq iqtisadi cəhətdən inkişaf edib. Ona görə də Azərbaycanda xarici xeyriyyə təşkilatlarının fəaliyyət göstərməsinə ehtiyac yoxdur”.

İran XİN sözçüsü vurğulayıb ki, hazırda bu məsələ ilə bağlı rəsmi Tehran Azərbaycan rəsmiləri ilə danışıqlar aparır: “Biz bununla İmam Xomeyni adına İmdad Komitəsinin Azərbaycan nümayəndəliyinin yenidən fəaliyyətə başlaması üçün yeni yollar tapmağa çalışırıq”.

Qəribə işdir vallah, Bakı deyir qardaşlar özümüz imkanlıyıq, başqa dövlətin bizim vətəndaşa və ya ölkəmizə yardımına ehtiyacımız yoxdur, özümüz başqalarına — ehtiyacı olanlara yardım göstərə bilirik, lakin Tehran elə hey bizə «yardım göstərmək» üçün yollar axtarır. Xeyir ola, nə məsələdir?

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 480