İlqar Məmmədovun işi Avropa Məhkəməsinə gedir
Bakı Apellyasiya Məhkəməsində REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun apellyasiya şikayətinə baxılıb və şikayət təmin olunmayıb. Bu barədə APA-ya vəkil Fuad Ağayev məlumat verib və bildirib ki, REAL hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun barəsində olan məhkəmə qərarlarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.
Ağayev bildirib ki, İlqar Məmmədovun azadlıq hüququnun, təqsirsizlik prezumpsiyasının pozulması, onun barəsində müdafiəsinin səmərəli təşkilinə şərait yaradılmaması və həbsdə saxlanılması barədə məhkəmə qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət olunub.
İlqar Məmmədova qarşı CM 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. O yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir. Onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçib.