Muəllif:

İlk 1/3-də bizdən cəmi 2, Ermənistandan 5 universitet…

Dünya ali məktəblərinin Webometrics adlı illik reytinqi bizim 38 universitet üçün acınacaqlı bir mənzərə sərgiləyib. Bu ciddi məsələdə bizim ölkə universitetləri Moldova, Gürcüstan, Ermənistan, Qırğızıstan kimi ölkələrin universitetlərindən çox-çox aşağı göstəricilərlə gün işığına çıxıb.
2013-ci ilin yanvar ayında dünya ali məktəblərinin ümumi gücü, müasirliyi, o cümlədən elektron-virtual dünyada gücü, tanınması əsas götürülərək 21.250 ali məktəb, o cümlədən Azərbaycan ali məktəbləri öyrənilmiş, tədqiq olunmuşdur.
Nəticələrə görə Yüksək liqada (ilk 1/3) Azərbaycandan cəmi iki universitet — Qafqaz Universitəsi (5619) və Xəzər Universitəsi (6198) yerləşib.

Müqayisə üçün qeyd edək ki, keçmiş Sovet ölkələri üzrə yüksək liqaya (ilk 1/3) daxil olan universitetlərin sayı aşağıdakı kimidir: Belarus – 21, Qazaxıstan – 17, Moldova – 6, Gürcüstan – 5, «dağılmaqda olan» Ermənistan – 5, yoxsul və kasıb yaşayan Qırğızıstan – 4, Özbəkistan – 1 ali məktəb…

Qonşularla daha bir müqayisə: İliya Dövlət Universiteti (Tbilisi) 1821, İrəvan Dövlət Universiteti 2321, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti 3241 yerləri tuturlar. Bizim Diplomatiya Akademiyasının yeri 8357, BDU-nun yeri — 8807. Necə deyərlər, şərhə ehtiyac yoxdur

Sevindirici haldır ki, qardaş Türkiyənin 100, Qazaxıstanını 19 universiteti bu səviyyəyə qədər irəliləyə bilib. Orta Doğu Texniki Universiteti isə hətta dünyanını 500 ən yaxşı universiteti arasında yer alır (396). «Ən yaxşılar» sirasında Rusiyadan 2 universitet var — Moskva və Sankt-Peterburq dövlət universitetləri.
Dünya ali məktəblərinin Webometrics adlı reytinqi 2004-cü ildən elan olunur. Bu reytinq tədqiqatını dünyanın nüfuzlu tədqiqat mərkəzlərindən biri — İspaniyanın məşhur Dövlət Elmi Tədqiqat Mərkəzi (Consejo Superior de İnvestigac Cientifacasiones) aparır. Onlar Stanford Universitetinin və Google tədqiqatçılarının metodologiyasını əsas götürürlər. Bu mərkəz 1907-ci ildə Nobel mükafatı laureatı prof. Ramon y Cajal tərəfindən yaradılmışdır. Bu reytinq mötəbərdir və dünyada qeyd-şərtsiz qəbul olunur.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 194