Muəllif:

İlin sonunda Bakıdan Karsa qatarlar işləyəcək

İlin sonunda Bakıdan Karsa qatarlar işləyəcək. Koordinasiya Şurası fevralın 22-də İstanbulda toplaşır. Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Kars dəmir yolunun Gürcüstan sahəsinin tikintisi üzrə Koordinasiya Şurası üçün gündəlikdəki bütün məsələlərə dair tam qarşılıqlı anlaşma əldə ediblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü nəqliyyat naziri Ziya Məmmədov Tbilisidə görüşün yekununda deyib. «Bu gün gündəlikdə olan əsas məsələ dəmir yolunun Gürcüstan sahəsinin büdcəsinin təsdiq edilməsidir ki, bu da cari ildə 175 milyon dollar təşkil edəcək», — Məmmədov qeyd edib. Onun sözlərinə görə, hava şəraiti yaxşılaşdıqca iş yüksək templə davam edəcək və ilin sonuna bu xətt üzrə qatarlar hərəkət edəcək. «Artıq vəd almışıq və hesab edirik ki, bu vəd yerinə yetiriləcək», — nazir qeyd edib. Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Türkiyə bu layihə çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə hazırdırlar. Nazir qeyd edib ki, artıq fevralın 22-də İstanbulda Koordinasiya Şurasının üçtərəfli görüşü keçiriləcək

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 259