Muəllif: Redaksiya
İlin sonunadək Bakıda analoq televiziya yayımı dayandırılır
İlin sonunadək Bakıda analoq televiziya yayımı tamamilə rəqəmsal formata keçiriləcək. Bu barədə cümə günü Trend-ə «Teleradio» İstehsalat Birliyindən (İB) bildirilib.
İB-dən bildirilib ki, İstehsalat Birliyinin planına əsasən, daha sonra analoq siqnalın söndürülməsi Azərbaycanın böyük şəhərlərindən başlayaraq (Gəncə, Şirvan, Lənkəran və b.) mərhələli şəkildə həyata keçiriləcək.
Bölüm: Xəbərlər
Oxunma sayı: 152

