Muəllif:

İlhamə Quliyeva mədəniyyət naziridir, yoxsa prezidentin köməkçisi?

Nazpəri Dostəliyeva İlhamə Quliyevanın davranışları haqda şok açıqlama ilə çıxış edib. İlhamə Quliyeva və Nazpəri Dostəliyeva insidentinin dərin və düşündürücü köklərinin olduğu üzə çıxır. General-polkovnik Mirqafar Seyidovun adı hallanır. Nazpəri Dostəliyeva açıb sandığı, töküb pambığı:

«Məni baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə dəvət edəndə əvvəl bunu kiminsə zarafatı kimi qəbul etdim. Daha sonra bu məsələnin həqiqət olduğunu öyrəndim və bildirdilər ki məni ora İlhamə Quliyevanın şikayəti əsasında dəvət edirlər. Həmin idarənin bu kimi işlərlə məşğul olmadığını, mənim isə heç bir qanunazidd əməl törətmədiyimi bilsəm də, qanunlarımıza hörmət əlaməti olaraq oraya gəldim. İdarədə İlhamə Quliyevanın şikayət ərzəsi ilə tanış olduqdan sonra nə həmin ərizədə göstərilən faktların həqiqətə uyğun olduğunu, nə də onların mənə bir aidiyyəti olduğunu bildirdim. Çünki mən nə bir kütləvi informasiya vasitəsində, nə də hər hansı başqa bir yerdə İlhamə Quliyevanın adını çəkmişəm,onun barəsində hər hansı bir fikir söyləmişəm. İdarəyə gələndən sonra İ.Quliyeva 106 FM radiosunun efirində məni təhqir etməyə və öz dostu, general-polkovnik Mirqafar Seyidovla təhdid etməyə başladı.

O hər dəfə deyir ki, Mirqafar Seyidov onun yaxın dostudur.Digər müğənniləri də onun adı ilə qorxudur. Deyir ki, Space televiziya şirkətinin prezidenti Vaqif Mustafayev də onun yaxın dostudur. Onun sözlərinə görə, onun icazəsi olmadan Vaqif Mustafayev müğənniləri efirə buraxmır.

Mən isə özümə və digər xalq artistlərinə , mənim və onların ünvanlarına edilən davamlı təhqirlərə dözmək mümkün olmadığı üçün bir vətəndaş və xalq artisti kimi möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarına, bir ana kimi millət vəkili, YUNESKOnun sülhməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya, törədilmiş qanunazidd əməllərin qarşısını almaq üçün isə Daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Bilmək istəyirəm ki, hansı əsaslarla İlhamə Quliyeva məni və digər xalq artistlərini, o cümlədən Məleykə Əsədovanı, Nisə Qasımovanı, Brilliant Dadaşovanı, Səməd Səmədovu və s. təhdid edir? Mənim indiyə kimi heç bir qalmaqalda, münaqişədə adım hallanmayıb. İlhamə Quliyeva öz dostları ilə həmişə şou-biznesdə hegemon qalmaq istəyir, özünü toxunulmaz elan edir. Bu insan canlı efirdə sənətdə ilk addımını atan müğənnilərə xalq artisti və digər titullar paylayır. Mən başa düşmürəm, o mədəniyyət naziridir, yoxsa prezidentin
köməkçisi?

İnaniram və əminəm ki mənim hüquqlarım ən yüksək səviyyədə müdafiə olunacaq, bir xalq artisti kimi həm bizlərə, həm də ümumilikdə dövlətimizə və xalqımıza başucalığı gətirməyən bu cür halların qarşısı alınacaq. Bu annan bəri bütün bu işlərimi səlahiyyətli vəkilim Yunis Vəliyəvə həvalə etmişəm» — deyə Nazpəri Dostəliyeva bildirib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 1629