Muəllif:

İlham Şaban: «100 illik tariximizdə belə göstərici olmayıb»

Dövlət Statistika Komitəsinin 2012-ci ildə neft və qaz hasilatı ilə bağlı açıqladığı rəqəmlərlə ARDNŞ məlumatları arasında ciddi fərq yaranıb. «Turan» agentliyinin məlumatına görə, Statistika Komitəsi hasil edilən $618 mln. dollarlıq nefti hesaba almayıb. Belə ki, 2012-ci ilin sonlarında ARDNŞ prezidenti Rövnəq Abdullayev ötən il 43,9 mln. ton neft hasil edildiyini açıqlasa da, Statistika Komitəsi bu göstəricinin 43 mln. ton olduğunu bildirib.
Ötən il «Azeri Light» markalı neftin bir barrelinin orta illik qiyməti $110 götürüldükdə, ortada $618,7 mln. dollar fərq yaranır. Belə olan halda qurumlardan birinin məlumatı həqiqəti əks etdirmir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ARDNŞ prezidentinin açıqladığı məlumatın reallığı əks etdirmədiyini deyir. Çünki şirkətin məlumatlarını analiz edəndə belə nəticəyə gəlmək olur ki, ötən il təkcə dekabr ayında 4,6 mln. ton neft hasilatı olmalı idi. Ancaq Azərbaycanın 100 illik tarixində heç vaxt aylıq belə göstərici olmayıb.
Statistika Komitəsinin məlumatlarına gəldikdə, bu qurum da rəqəmləri düzgün açıqlamayıb. Çünki dünyanın heç bir yerində bu formada statistik rəqəmlər açıqlana bilməz:
«Məlumatlar elə yuvarlaqlaşdırılıb ki, milyon tondan sonra minlər itib. Dünyanın heç bir Statistika Komitəsi belə bir məlumat vermir. Əgər vergüldən sonra sıfırdısa, onu da yazmaq lazımdır. Ancaq tutaq ki, göstərici 43 mln. ton olub. 2011-ci il üçün təsdiq olunmuş enerji balansı var. Orda hasilat qeydə alınır. Onunla 43 mln. tonu müqayisə edəndə tamamilə fərqli rəqəmlər alınır və arada 208 min ton fərq olur. Bu 208 min ton niyə göstərilməyib. Nə yuvarlaqlaşdıra biliblər, nə artıra bilirlər, nə də azalda».
Ekspertin sözlərinə görə, bu rəqəmlərin ÜDM-də heç bir əhəmiyyəti yoxdur. Çünki söhbət ixrac olunan «Azəri-Çıraq-Günəşli» neftindən gedir. İxrac edilən neftin isə ÜDM-də payı həddən artıq azdır. Rəsmi qurumların niyə belə rəqəmlər açıqladığı isə anlaşılan deyil.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 219