Muəllif:

İlham Əliyev Ankarada səfərdədir

Noyabrın 12-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında — Çankaya köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olmuşdur. Türkiyənin və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş iqamətgahın qarşısında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Abdullah Gül İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla qarşıladı.
Hərbi orkestrin ifasında Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Prezident İlham Əliyev türk əsgərlərini salamladı.
Türkiyə Respublikasının rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Abdullah Gülə təqdim edildi.
Sonra Azərbaycan və Türkiyə prezidentləri, xanımları Mehriban Əliyeva və Hayrünnisə Gül birgə xatirə şəkli çəkdirdilər.

Dünən İlham Əliyev Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə — Anıtqəbirə gəlmişdir.
Dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.
Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi. Sonra xatirə şəkilləri çəkdirildi.

Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.
Bundan başqa, İlham Əliyev türkiyəli həmkarı Abdullah Gül tərəfindən Türkiyənin «Dövlət nişanı» ilə təltif olunub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin «TRT Haber» telekanalı məlumat verib.

Sonra Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Abdullah Gül «Heydər Əliyev» ordeni ilə təltif olunub.
Təltifolunma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentləri çıxış ediblər.

Məlumata görə, mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimləri iştirak ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 141