Muəllif:

İldırımzadə istintaqa çağırılmayıb və iş başındadır

Polis polkovniki Rasim İldırımzadə fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin onunla bağlı yeni video görüntülər yayacağı barədə açıqlamasına münasibət bildirərək qeyd edib ki, bu videolara yenidən münasibət bildirmək istəmir: “Mən bu videolarla bağlı sözümü demişəm. Yeni videolarla bağlı da gedin Elşad Abdullayevdən soruşun, onun özündən cavab alın”.

R. İldırımzadə işdən çıxarılması barədə bəzi KİV-də yayılan məlumatları da təkzib edib: “Hazırda iş başındayam, bu məsələ ilə bağlı da istintaqa çağırılmamışam”.

Qeyd edək ki, E. Abdullayevin bir neçə gün əvvəl qardaşının oğurlanmasına dair daha bir video yayıb. Video görüntüdə DİN polkovniki Rasim İldırımzadə ilə Elşad Abdullayev arasında ikincinin qardaşı Mahir Abdullayevin itkin düşməsi və geri qaytarılması ilə bağlı danışıq əksini tapıb.
E. Abdullayev ötən gen yenidən mətbuata açıqlama verərək R. İldırımzadə ilə bağlı yeni video görüntülər yayacağını açıqlayıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 174