Muəllif:

İlber Ortaylı: “O coğrafiyaya İran adını səlçuqlar verib”

Qərbdə və Türk Dünyasında yaxşı tanınan və yüksək dəyərləndirilən türk tarixçisi, professor İlber Ortaylı Türk Dünyası Araşdırmaları Vəqfinin toplantısında “Türk dünyasının problemləri” mövzusunda dəyərli bir məruzə ilə çıxış edib. İlber Ortaylı bildirib ki, İran Azərbaycanındakı türklər həm türk, həm də fars dilini mükəmməl bilən xalqdır: “İran türkləri fövqəladə dərəcədə yüksək keyfiyyətli xalq olub həm türk, həm də fars mədəniyyətinə böyük qatqıları olan, şüuru yüksək insanlardır. İranı onlar qurublar, o torpaqlara İran adını biz vermişik, İran adı bizdən onlara keçib. İran türklüyünün bugünkü durumuna baxanda deməliyik ki, bu məmləkət bizimdir”. (APA)

Ermənistanın və xaricdəki erməni diasporunun 2015-ci ilə doğru gedən yolda Türkiyəyə qarşı böhtan kampaniyalarını gücləndirəcəyini xatırladan professor İlber Ortaylı deyib: “2015-ci ilin zəng səsləri gəlməyə başlayarkən xaricdəki yəhudi lobbisi ilə də konfliktə girmək Türkiyəyə ziyan vuracaq”.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 216