Muəllif:

İlahiyyatçıdan heroin, sürücüsündən — «Makarov» və bıçaq…

Qəribə zəmanədə yaşayırıq. İlahiyyatçıdan heroin, sürücüsündən — «Makarov» və bıçaq tapılır… Di gəl bundan sonra iddia edək ki, İslam barış dinidir, İslam dəyərlərinin öndə gələni isə — mənəvi paklıqdır. Əgər ilahiyatçı cibində heroin gəzdirirsə… İlahiyyatçı Taleh Bağırov və onun sürücüsünün həbsi ilə bağlı Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə ərazisindəki ABU Petrol yanacaq doldurma məntəqəsinin yaxınlığında Bakı şəhər sakini Anar Məlikovdan 1 ədəd «Makarov» markalı tapança, 4 ədəd patron və 1 ədəd bıçaq, həmyerlisi Taleh Bağırovdan isə 1,026 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparıldığı deyilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 536